• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Futbolumuzun dindarları "Qurani-Kərim" kitabını yandıran şəxs haqda nələr söylədi?

Aktual / Manşet

28-01-2023, 19:0

Danimarkalı vəkil və siyasətçi Rasmus Paludan Stokholmdakı Türkiyə səfirliyinin qarşısında "Qurani-Kərim" kitabını yandırması İslam dünyasında etirazla qarşılanıb.

Özü də bu onun ilk belə addımı deyil. O, 2019-cu ildə Danimarkada və ötən il İsveçdə də “Qurani-Kərim”i yandırıb. Paludan etdiyi əməldən peşman olmadığını, əksinə fikir azadlığından geniş şəkildə istifadə etməklə qürur duyduğunu açıqlayıb. Siyasətçi 4 ildən çoxdu güclü polis qoruması altındadı və şəhərdə gəzərkən onu bir neçə asayiş keşikçisi mühafizə edir. Onu da xüsusi vurğulayaq ki, İsveçdə dini kitabları yandırmaq, insanların inanclarını aşağılamaq qanun pozuntusu sayılmır. Bu hadisə Azərbaycanda da xoş qarşılanmayıb.

Football-plus.az olaraq ölkədə ibadət əhli olan bir qrup mütəxəssis və futbolçunun məsələyə reaksiyasını öyrəndik.

Xaliq Mərdanov ("Kəpəz-2"nin baş məşqçisi): "Baş vermiş hadisəyə görə olduqca narazıyam və buna etirazımı bildirirəm. Müsəlmanların inancını aşağılamağa, müqəddəs kitabı yandırmağa heç bir vasitəylə haqq qazandırmaq olmaz. Burda demokratiyadan söhbət gedə bilməz. Həmin şəxs tək kitabı yox, Allahın kəlamlarını yandırdı. Belə hərəkət edənlərin də aqibəti nə bu dünyada, nə də axirətdə yaxşı olacaq".

Azər Bağırov ("Araz Naxçıvan"ın baş məşqçisi): "Quran”ı yandıran şəxslər öz zəifliyini, acizliyini, həqiqətləri görə bilmədiyini göstərir. İnsanlarda qəzəb yaratmaqla İslamı insanlığın düşməni kimi gözə soxmağa çalışır. Nəinki müqəddəs kitabları, adi bir kitabı belə cırmaq, yandırmaq düzgün deyil. İsveçdəki olayı demokratiya, fikir azadlığı kimi təqdim edənlər var. Amma bu, sadəcə, qanunsuzluğa, insanların inanclarının aşağılanmasına haqq qazandırmaqdı. Bizim dinimizdə “Zəbur”u, “Tövrat”ı, “İncil”i belə sevməli, hörmət etməli, qorumalı olduğumuz vurğulanır. Bu müsəlmanların başqa dinlərə hörməti, o da onların... Təbii ki, bəzi şəxslərə, qruplara görə mən bütün xalqı, xristianları pisləməyi nəzərdə tutmuram. İsveçdə baş verən hadisəni növbəti siyasi oyun sayıram. Burda da əsas məqsəd İslama və müsəlmanlara nifrət yaratmaqdı. Biz müsəlmanlar da bunun təxribat olduğunu yaxşı anlayırıq. İslamı nə qədər gözdən salmağa çalışsalar da, insanlar ona bir o qədər maraq yaradır. Allahın kəlamının, nurunun qarşısını almaq mümkün deyil".

İlkin Qırtımov (“Qəbələ”nin futbolçusu): "İstər xristian, istər müsəlman, istərsə də bütpərəst olsun, insanların etiqadını aşağılamaq, təhqir etmək olmaz. Odu ki, İsveçdə baş verən hadisəni qətiyyətlə pisləyirəm".

Əfran İsmayılov (“Kəpəz”in sabiq futbolçusu): "Söhbət hansısa kitabın yandırılmasından yox, yüz milyonlarla müsəlmanın müqəddəs kitabının aşağılanmasından və təhqirdən gedir. O kitab ki, insanlara doğrunu, həqiqətləri, haqqı batildən ayırmağı öyrədir. Dünyada “Quran”a bərabər və ondan üstün kitab yoxdu. Bizim inancımız tək “Quran”ı yox, Allahın endirdiyi bütün kitabları qorumağı və müsəlman olmayan insanların dinlərinə, inanclarına hörmət etməyin vacibliyini buyurur. “Quran”ı yandıran insan ya axmaqdı, ya psixoloji problemlər var, ya da bədniyyətlidi. Yoxsa heç bir ağlı başında, özünə hörmət edən kəs milyonlarla insanın inancını aşağılamaz. Bu əmələ də heç cür demokratiya, fikir azadlığı deyilə bilməz. Bunun bir adı var - təhqir".

Rahid Əmirquliyev (“Səbail”in futbolçusu): "İsveçdə məlum şəxs tərəfindən müqqəs kitabımızın yandırılmasını kəskin pisləyirəm. Bu, dünya müsəlmanlarına təhqirdi. Bunun da arxasında hansısa təxribatlar, qarayaxmalar, müsəlmanlarla qeyri-müsəlmanları qarşı-qarşıya qoymaq planlarının olduğunu düşünürəm. Siyasi, dövlət maraqları insanların dini inancını aşağılmağa, təhqir etməyə əsas vermir. Bu tək İslamı yox, başqa dinləri aşağılayanlara da aiddi. Hər kəs inancında, ibadətində sərbəstdisə, demokratiya fərqli inancda olanların bir-birinə hörmət etməsini aşılamalıdı, fikir azadlığı adı altında aşağılayıcı hərəkətlətə rəvac verib qarşıdurma yaratmağı yox. İnşallah, bu olaydan daha böyük xoşagəlməz hadisələrə keçid olmaz".

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

28-05-2022, 22:0

Benzema məhkəməyə niyə üz tutub?

Premyer-liqa / Manşet

30-08-2022, 22:0

“Kəpəz”i gəncəli mütəxəssis çalışdıracaq – RƏSMİ AÇIQLAMA

1-ci liqa / Manşet

29-09-2022, 23:0

Xaliq Mərdanov oğlunun avtoqoluna münasibət bildirdi - AÇIQLAMA

Dünya futbolu

13-06-2022, 17:0

Benzema cəzası ilə barışıb

Dünya futbolu

12-06-2022, 09:0

Benzema cəzası ilə barışıb

Dünya futbolu

23-10-2022, 19:0

Orkun Kökçü kapitan sarğısını taxmaqdan imtina etməsinə aydınlıq gətirdi

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
Daha çox
Oxunub: 199
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə