"Sabah"ın əcnəbisini "Neftçi" üzərində qələbəni şərh etdi

28.01.2023 17:12 303
Premyer-liqa / Manşet
19-cu tura "Sabah" - "Neftçi" oyunu ilə yekun vuruldu.

Masazırda sevinən tərəf "bayquşlar" oldu. "Sabah"ın ispaniyalı futbolçusu Con İrasabal "Football-plus.az" saytına açıqlamasında matçla bağlı bunları dedi:

“Asan oyun olmadı. Rəqib premyer-liqanın ən iddialı klublarından idi. Buna rəğmən, qalib gəlməyi bacardıq. Mövsümün ikinci yarısına qələbə ilə başlamaq çox xoş oldu. Fikrimcə, bu qələbə qarşıdakı oyunlar üçün bizə yaxşı motivasiya olacaq”.


ABDULLA İSMAYILOĞLU