“Sabah” son turda "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldi.
Qələbədə rol oynayanlardan biri də Anatoli Nuriyev idi. Milli komandanın da şərəfini qoruyan yarımmüdafiəçi “Football-plus.az” saytına görüşlə bağlı bunları söylədi:
“Qələbə qazandığımıza görə şadam. İnanıram ki, bu, əvvəlki iki matçda olduğu kimi komandada özünəinamı bir az da gücləndirəcək. Avrokuboklarda iştirak etmiş komanda üzərində qələbə xüsusilə xoşdu. Bu oyunla komandamızda xarakter və hər matçda qələbə qazanmaq istəyi olduğunu göstərdik. Bəlkə də 3 penalti qazanacağımızı gözləmirdik. Lakin əsas odu ki, oyunun axarını dəyişə bildik və bu matçdan bizə lazım olan nəticə ilə ayrılmağı bacardıq”.
ABDULLA İSMAYILOĞLU