"Sabah" ikinci yarıya hazırdı? - AÇIQLAMA

22.01.2023 12:10 419
Premyer-liqa / Manşet
"Sabah" artıq 3 gündü Bakıdadı.

"Bayquşlar" Antalyada 2 yoxlama matçında qüvvəsini sınadı. Həmin oyunlarda 1 qələbə, 1 heç-heçə qeydə alındı. "Football-plus.az" saytı olaraq "Sabah"ın kapitanı Elvin Camalovun toplanışla bağlı fikrini öyrəndik:

"Komandamızın qış hazırlığını çox yüksək dəyərləndirirəm. Həm yaxşı şəraitdə hazırlıq keçdik, həm də güclü rəqiblərlə yoxlama oyunlarında üz-üzə gəldik. Bu, mövsümün ikinci yarısına daha yaxşı hazırlaşmaq baxımından çox vacib idi. Hazırda komanda daxilində əhval-ruhiyyə yüksək səviyyədədi. Fikrimcə, mövsümün ikinci yarısına tam hazırıq".

ABDULLA İSMAYILOĞLU