Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ən maraqlı qarşılaşmalarından biri də "Səbail" - "Sabah" görüşü idi.
Gərgin mübarizə şəraitində keçən matçda "dənizçilər" 3:2 hesabıyla qalib gəldi. "Football-plus.az" saytı olarq "Səbail"in futbolçusu Cabir Əmirlinin matçla bağlı fikirlərini öyrəndik:
"İk oyunu evdə keçirməyimiz üstünlük idi. Vacib olan qələbəni qazdıq. Rəqibin ilk hissədə azlıqda qalması da oyunumuza müsbət təsir etdi. Düzdü, oyunun sonlarında iki qol buraxdıq və üstünlüyü əldən verdik. Cavab oyununda nəticəyə daha çox fokuslanıb bizə sərf edən nəticəni qazanmağa çalışacağıq. İnanırıq ki, iki oyunun nəticəsinə görə mərhələ keçən tərəf olacağıq. Komanda olaraq hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Qarşıdakı matçlarda da əlimizdən gələni edəcəyik ki, meydandan qalib ayrılan tərəf olaq".
ABDULLA İSMAYILOĞLU