“Zirə”nin futbolçusu təəssüflənir - AÇIQLAMA

25.08.2022 12:53 482
Premyer-liqa
Misli premyer-liqasının 3-cü turunda "Zirə" “Dalğa Arena”da "Sumqayıt"ı qəbul etdi.

Qolsuz bitən matçla bağlı "qartallar"ın futbolçusu Loris Broqnonu danışdırdıq. Belçikalı yarımmüdafiəçi “Football-plus.az” saytına bunları söylədi:

“Sumqayıt”la oyun "Sabah"a qarşı keçirdiyimiz matçla eyni deyildi. Komandamız bu dəfə daha yaxşı çıxış etdi. Amma qələbə qazana bilmədik. Buna görə təəssüflənirəm. Düşünürəm ki, növbəti görüşlərdə uğurlu nəticə qazanmaq üçün daha yaxşı imkanlarımız var”.

ABDULLA İSMAYILOĞLU