İki gün öncə “doğma divarlar” arasında "Neftçi"ni qəbul edən "Sabah" 2:1 hesabı ilə qalib gəldi.
"Ağ-qaralar"ın qapısına təyin olunan 3 penaltidən 2-si dəqiq yerinə yetirildi. "Sabah"a qələbə qazandıran qolun müəllifi isə Emmanuel Apeh oldu. Nigeriyalı hücumçu oyunla bağlı təəssüratını “Football-plus.az” saytına bölüşdü:
“Qalib gəldiyimizə görə şadam. Gözlənildiyi kimi, çətin oyun oldu. Təbii ki, qol vurduğuma görə şadam. Lakin əsas komandamızın qalib gəlməsidi. Penalti epizodunda qol vuracağıma əmin idim. Məhz buna görə topa özüm yaxınlaşdım. Həmin anda tənqid barədə düşünmürdüm. Bundan qorxmurdum. Çünki hətta top-oyunçular belə penaltini qaçırır. Heç kim bundan “sığortalanmayıb”. Amma əsas odu ki, həmin anda fərqləndim. Şadam ki, bu matçda qalib gəlməyi bacardıq”.
ABDULLA İSMAYILOĞLU