"Sabah"ın futbolçusu Gürcüstan klubunda

28.01.2023 16:51 251
Premyer-liqa
"Sabah" futbolçusu Abdulla Xaybullayevi icarəyə verib.

Football-plus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi karyerasını Gürcüstanda davam etdirəcək. O, "Samtrediya"ya keçib.

Abdulla 2021-ci ilin yayından "Sabah"ın əsas komandasında çıxış edir. O, bu mövsüm 4 matçda iştirak edib. Azərbaycan U-21 millisinə cəlb olunan Xaybullayev yığmada 3 oyunun iştirakçısı olub və 1 qol vurub.