"Barselona" futbolçusunu icarəyə verdi

15.08.2022 16:16 355
Dünya futbolu
“Barselona” futbolçusu Aleks Kolyadonu icarəyə verib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Elçe”yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Aleks 2023-cü ilin yayına qədər La Liqa klubunda çıxış edəcək.

Yarımmüdafiəçi “Barselona”nın yetirməsidi. O, əsas komanda ilə 2 matçda forma geyinib.