• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mudrikin transferinin sirli detalları

Dünya futbolu

20-01-2023, 18:0

Qəzetimizin ötən sayında “Çelsi”nin “Şaxtyor”dan 22 yaşlı yarımmüdafiəçi Mixail Mudriki transfer etməsi ilə bağlı bəzi detalları açıqlamışdıq.

Bir daha xatırladaq ki, “zadəganlar” ukraynalı futbolçu ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə bağlayıb. “Çelsi” bu transferə görə Donetsk klubuna 70 milyon avro ödəyəcək, müxtəlif şərtlər çərçivəsində gələcəkdə 30 milyon avronun da bonus şəklində ödənilməsi nəzərdə tutulur. İngiltərənin “The Atletic” nəşri Ukrayna futbolu tarixinə ən bahalı transfer kimi düşən bu keçid ətrafındakı bəzi incə məqamları aydınlaşdırmaq üçün “Şaxtyor”un baş direktoru Sergey Palkinlə söhbət edib. Yazıda yer alan ən cəlbedici detalları nəzərinizə çatdırırıq.

“Arsenal” qaydalara əməl etməyib
İlk növbədə o məqamı vurğulayaq ki, Mudrikə ən azı “Çelsi” qədər iddialı olan “Arsenal” qaydalara əməl etməyib: “Şaxtyor”la danışıqlardan ən azı bir ay əvvəl futbolçu ilə təmasa başlayıb. Bu danışıqların əvvəli oktyabr-noyabr aylarına gedib çıxır. Yalnız ondan sonra klubla intensiv təmaslar başlayıb – üç görüş və çoxlu zəngləşmə baç tutub. Palkinin bununla bağlı dedikləri: “FİFA-ya rəsmi şəkildə şikayət etmişikmi? Yox, “Arsenal” istədiyini etdi. Mən isə “topçular”a dedim ki, yaxşı, onunla əlaqə saxlamısız, ancaq əvvəlcə bizlə sövdələşməlisiz. Mikel Arteta, Aleksandr Zinçenko və idman direktoru Edu, demək olar ki, hər gen və ya 2-3 gündən bir zəng edirdilər. Çoxlarında elə təəssürat yaranmışdı ki, Mudrik “Arsenal”a gedir, axı klub onunla əlaqə saxlamışdı, Mixail də bu komandanın bir neçə oyununa baxmışdı”.

“Şaxtyor”da əmindilər ki, bu yalnız vizual təəssürat olub, əslində Mudrik “Arsenal”a keçməyə yaxın deyilmiş. “Çelsi” bu məsələdən yaxşı baş çıxarıb, klub bossları donetsklilərlə əlaqəyə girib, operativ şəkildə Antalyaya uçub və oyunçunu ələ keçiriblər. “Şaxtyor”un baş direktorunun dediyinə görə, “Çelsi”dən ona dekabrın sonunda bu sualla müraciət ediblər: Mudrikin xidmətində maraqlıyıq, futbolçu ilə birbaşa təmasa başlaya bilərikmi? Palkin etiraz etməyib. İlk birbaşa təmaslar dekabrın sonunda və ya yanvarın əvvəlində gerçəkləşib, ardından klub agentlə əlaqə saxlayıb və sövdələşməni bitirib. Yenə Palkinin dedikləri: “Mixailin “Çelsi”yə keçəcəyini nə vaxt anladım? Şənbə günü, “Çelsi”nin nümayəndələri Antalyaya (“Şaxtyor” orda toplanış keçir – red.) gələndən sonra. Klubun həmsahibi Behdad Eqbali və transferlər üzrə direkoru Pol Uinstenli gəlmişdi. Onlar gələnə qədər transfer etməyə bu qədər yaxın olduqlarını heç düşünmürdüm də, ona görə ki, “Çelsi” qədər “Arsenal” ilə də ünsiyyət saxlayırdım. Hətta deyərdim ki, “Çelsi” ilə müqayisədə “Arsenal” rəsmiləri ilə daha çox görüşmüşdüm. Bu üzdən Antalyadakı son görüşə qədər “Arsenal” sövdələşməyə “Çelsi”dən daha yaxın idi. Başqa klublarla da təmaslar var idi, ancaq bu qədər ciddi deyildi. İki əsas iddiaçı – “Arsenal” və “Çelsi” eyni məbləğ (70+30 milyon avro) təklif edirdi. Ancaq ödənişin şərtləri fərqlənirdi”.

Palkin onu da etiraf edir ki, “Çelsi” təmsilçilərinin Antalyaya səfəri ərəfəsində “Arsenal”la danışıqlar bitib, yollar ayrılıb. Həmin 100 milyonun ödəniş formasının və bonus məbləğinin necə olacağı ilə bağlı fikir ayrılığı üzündən danışıqlar dalana dirənib. Palkin Eduya deyib ki, transferin gerçəkləşmək şansı yoxdu: “100 milyon elə “Çelsi”nin də təklif etdiyi məbləğ idi. Fiksə olunan hissə, dəyişən hissə, bonuslar... Bax, bu məsələdə yanaşmalar fərqlənirdi. Bonuslar əlçatan və real olmalıdı. Bu mənada “Çelsi” bəzi məqamlarda daha ciddi və ədalətli davrandı. Onlar bizə zəng edib belə dedilər: “Bilirik ki, “Arsenal”la danışıq aparırsız və müəyyən rəqəmlərə yaxınlaşıbsız. Biz görüşmək istəyirik”. Bu zəngdən sonra Mudrikə dedim ki, “səni qışda da satmasaq, yayda mütləq satacağıq, hələ bəlkə onda qiymətin daha baha olacaq”. Müxtəlif ssenarilərə hazırdıq, bizi tələsdirən yox idi”.
“Şaxtyor”la “Çelsi” müqaviləni tam razılaşdırana qədər 9-10 saat danışıq aparıb. Danışıqların son mərhələsində artıq Mudrik özü də iştirak edib – London klubunun təmsilçiləri ona yeni layihənin mahiyyətini anladıblar.

“Şaxyor”un baş direktorunun dediyinə görə, 30 milyon avro bonus “Çelsi”nin premyer-liqadakı və Çempionlar Liqasındakı potensial titulları ilə bağlıdı. Özü də şərtlər Mudrikin 8 illik müqaviləsinin bütün dövrünə aid olacaq. Londonlular premyer-liqanı və ÇL-i hətta 2030-cu ildə qazansalar da belə, Ukrayna klubuna əlavə para çatdırılmalıdı. Mediada geniş müzakirə olunan Mudrik “Qızıl top”u qazanacağı təqdirdə bonus ödənişi ilə bağlı varianta gəlincə, müqavilədə belə bənd nəzərdə tutulmayıb.

Palkin “The Atletic”ə müsahibəsində onu da təsdiqləyib ki, klublar imkan tapan kini Donetskdə yoldaşlıq oyunu keçirməyi razılaşdırıb. Onun dediyinə görə, “Çelsi”nin sahibi Eqbali “Şaxtyor”un prezidenti Rinat Axmetovla telefon danışığında bu təklifi səsləndirib, klub rəhbərləri arasında artıq qarşılıqlı etimad mühiti formalaşıb. Palkin bu sövdələşmədən 25 milyon avronun Ukraynaya yardım üçün ayrılacağı ilə bağlı gəzən xəbərləri inkar edib. Onun dediyinə görə, Axmetov həmin məbləği şəxsi vəsaitindən ayıracaq, sahibsiz qalan ailələrə ianə də edəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-01-2023, 14:0

Mudrik Ukraynanın yeni rekordçusudu!

Dünya futbolu / Manşet

19-01-2023, 12:0

Mudrik 4-cü ən bahalı qış transferidi: Koutinyodan Kerrolla qədər

Dünya futbolu

24-04-2022, 17:0

“Şaxtyor” oyunçusunu “Zaltsburq”a satdı

Dünya futbolu

19-01-2023, 15:0

20 ən bahalı qış transferi - SİYAHI

Dünya futbolu

6-01-2023, 20:0

Mudrik premyer-liqa yolunda

Aktual
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Son xəbərlər
  • Bu gün, 20:10
    "Zirə" hesabı açdı - YENİLƏNİR
  • Bu gün, 19:59
    "Dinamo-Minsk" - "Zirə": START HEYƏTLƏRİ
  • Bu gün, 19:28
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 18:57
    "Zirə" - "Payde": START HEYƏTLƏRİ
  • Bu gün, 18:26
    Per Mertezakerin yeni iş yeri məlum oldu
  • Bu gün, 17:55
    Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
  • Bu gün, 17:24
    Messi oyundaşlarına hədiyyə paylayıb
  • Bu gün, 16:53
    "Sabah" - "Orhus" oyununun hakimləri açıqlandı
  • Bu gün, 16:22
    Asiyadan Avropaya qayıdır
  • Bu gün, 15:51
    İFF-dəki fəaliyyətini dayandırdı
  • Bu gün, 15:36
    Finalı idarə etdi, “daha bəsdi” dedi
  • Bu gün, 15:05
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 116
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 115
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə