• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Mudrik 4-cü ən bahalı qış transferidi: Koutinyodan Kerrolla qədər

Dünya futbolu / Manşet

19-01-2023, 12:0

Mixail Mudrik uzun müddət “Arsenal”ın hədəfində olsa da, Londonun digər klubunda peyda oldu.

Football-plus.az xəbər verir ki, yanvarın 15-də onun “Çelsi”də qərar tutduğu rəsmən açıqlandı.

Koutinyo, Van Diyk və Vlahoviçdən geri qalır
İngiltərə paytaxtını təmsil edən klub ukraynalı futbolçuya görə “Arsenal”la müqayisədə daha cəlbedici təklif irəli sürməklə “Şaxtyor” rəhbərliyini razı saldı. 22 yaşlı yarımmüdafiəçi “zadəganlar”la müddəti 2030-cu ilin yayınadək razılaşdırılan müqavilə bağlayıb. “Çelsi” bu transfer üçün Donetsk klubuna 70 milyon avro təzminat ödəyəcək, komanda İngiltərə premyer-liqası və Çempionlar Liqasının qalibi olacağı halda “Şaxtyor”un xəzinəsinə əlavə 30 milyon avro bonus köçürüləcək.

Yeni iş yerində ilə 7,5 milyon avro maaş alacaq Mudrikin Ukrayna futbolunun tarixinə yeni rekordçu kimi düşdüyünü də qeyd edək. O, uzun müddət ölkəsinin ən bahalı futbolçusu sayılan Andrey Şevçenkonun göstəricisini arxada qoyub. Xatırladaq ki, Kiyev “Dinamo”sunun yetirməsi olan sabiq hücumçu 2006-cı ilin yayında “Milan”dan “Çelsi”yə 43,88 milyon avroya keçmişdi.

Cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 24 oyunda 10 qol vuran və 8 məhsuldar ötürmə edən Mudrik futbol tarixinə 4-cü ən bahalı qış transferi kimi də düşüb. Nəzərinizə çatdırdığımız siyahıda onun braziliyalı Filippe Koutinyo, niderlandlı Vircil van Diyk və serbiyalı Duşan Vlahoviçdən geri qaldığı görünür.

Maraqlı məqamlar
Dünya futbolunda yanvarda reallaşan ən bahalı qış transferləri ilə bağlı bir sıra məqamlara göz gəzdirək.
* Ən bahalı qış keçidləri üzrə lider klublardan biri məhz Mixailin sıralarına qoşulduğu “Çelsi”di. Londonlular indiyədək 6 transfer əməliyyatında iştirak ediblər: 3 oyunçu alıb bir o qədərini də satıblar. Futbolçulardan Xuan Mata “Çelsi”ni tərk edərək İngiltərədə qalıb, Dieqo Kosta İspaniyaya, Oskar isə Çinə üz tutub.

* “Liverpul” da qış mövsümündə 6 bahalı keçiddə tərəflərdən biri olub: 2 oyunçusunu satan mersisaydlıların sıralarına 4 futbolçu qoşulub. Koutinyo 2018-ci ilin əvvəlində 135 milyon avroya “Barselona”ya satılıb. Braziliyalı yarımmüdafiəçi futbol tarixinə qış mövsümündə ən bahalı transfer kimi düşüb. Amma o, kataloniyalıların sıralarında ən yaxşı keyfiyyətlərini nümayiş etdirə bilməyib. Bu səbəbdən indi “Aston Villa”da oynayan Filippe futbol tarixinin ən uğursuz transferlərindən biri kimi yadda qalıb. Fernando Torres də “Liverpul”u 2011-ci ildə dəyişdiyi “Çelsi”də qeyri-qənaətbəxş çıxışla xatırlanır.
Mersisaydlılara qoşulan futbolçuların aqibəti isə fərqli olub. “Sauthempton”dan 84,65 milyon avroya alınan Van Diyk qışın hələ ki ikinci ən bahalı transferidi. Niderlandlı müdafiəçi qırmızı formada ilk oyunlardan aparıcı futbolçular sırasına daxil ola bilib. Kolumbiyalı Luis Dias bir il əvvəl “Liverpul”da əla debüt etsə də, sonradan ağır zədə alaraq indiyədək yaşıl meydana qayıda bilməyib. Endi Kerroll böyük kluba uyğunlaşa bilməyib. Bu ay PSV-dən 42 milyon avroya alınan Kodi Qakpo isə Kerrollun aqibətini yaşamamağa çalışır.

* 20 ən bahalı keçid zamanı daha çox - 11 futbolçu İngiltərəyə yollanıb. Bu oyunçulara görə premyer-liqanın 5 klubu - “Liverpul”, “Çelsi”, “Mançester Siti”, “Mançester Yunayted” və “Nyukasl” xərcə düşüb. Avropanın digər liqalarından olan klublardan İspaniyada “Barselona” və “Atletiko”, İtaliyada isə “Yuventus” bir dəfə alıcı rolunda çıxış edib. Almaniya və Fransa klubları ən bahalı 20 transferdə bu statusda iştirak etməyib.

* Satıcıların coğrafiyası isə çox genişdi. “Sauthempton”, “Fiorentina” və “Atletik” 5 aparıcı liqada hərəyə bir əlverişli qiymətə oyunçusunu itirib. Ukrayna çempionatını iki futbolçu tərk edib: “Şaxtyor” Mudrikdən əvvəl 2016-cı ilin yanvarında Aleks Teyşeyranı satmaqla 50 milyon avro qazanıb. Portuqaliya liqasını da bu qədər oyunçu tərk edib: Bruno Fernandeş 2020-ci ilin ilk ayında “Sportinq”dən “Mançester Yunayted”ə, Dias isə “Portu”dan “Liverpul”a satılıb. Qakpo isə Niderland liqasının siyahıya düşməsinə səbəbkar olub.

* Siyahıda 4 transferin Çin klubları tərəfindən reallaşdırılması diqqəti cəlb edir. Asiya ölkəsinə braziliyalılar Oskar, Paulinyo və Aleks Teyşeyra, həmçinin kolumbiyalı Cekson Martines yollanıblar. Paulinyonun Çinə qayıtdığını qeyd edək: o, “Barselona”ya gəlməzdən əvvəl iki il “Quançjou Everqrand”da çıxış edib. İspaniyada bir il oynayandan sonra məhz bu kluba dönməli olub.

* 5 ən bahalı keçid 2017/18 mövsümünə təsadüf edib. 2018-ci ilin əvvəlində Koutinyo, Van Diyk, Lyaport, Obameyanq və Dieqo Kosta iş yerlərini dəyişiblər. Onların ümumi transfer haqqı 400 milyon avrodan çox olub.

* 12 il əvvəl baş tutan iki keçid hələ də ilk “20-lik”dəki yerini qoruyur. Kerrollun “Liverpul”a, Fernando Torresin isə “Çelsi”yə transferi uyğun olaraq 41 və 58,5 milyon avroya başa gəlib. 2013/14 mövsümünün gedişində Mata 44,73 milyona MY-yə yollanıb. Siyahıdakı qalan 17 keçid isə son 6 ildə rəsmiləşib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-01-2023, 14:0

Mudrik Ukraynanın yeni rekordçusudu!

Dünya futbolu

6-01-2023, 20:0

Mudrik premyer-liqa yolunda

DÇ 2026

19-11-2022, 22:0

DÇ-2022-nin ən bahalı milliləri açıqlandı

Dünya futbolu

13-10-2022, 18:0

Qrizmannın “Atletiko”ya transferinin maliyyə detalları açıqlandı

Dünya futbolu

28-08-2022, 09:0

"Şaxtyor" 35 milyondan aşağı düşmür

Dünya futbolu

19-08-2022, 16:0

19 yaşlı müdafiəçi rəsmən "Çelsi"də

Aktual
KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
Son xəbərlər
  • Dünən, 23:45
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 22:40
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • Dünən, 22:20
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • Dünən, 21:27
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 20:55
    "İmişli" anqolalı oyunçu transfer etdi
  • Dünən, 20:30
    1-ci və 2-ci liqaların püşkü bu tarixdə atılacaq
  • Dünən, 20:00
    Güləşçimiz finalda - DÇ
  • Dünən, 19:41
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:10
    MS-ni tərk edə bilər
  • Dünən, 18:37
    Elxan Səmədov Serbiya superliqasının baş katibi ilə görüşdü
  • Dünən, 18:06
    Ruh "Bazel"də, vücud Kuopioda... - Dambrauskasdan Maluda qərarı
  • Dünən, 17:30
    "Qarabağ"dan azarkeşlərinə şad xəbər!
  • Dünən, 17:00
    "İmişli" kot-d’İvuarlı futbolçu trasnfer etdi
  • Dünən, 16:38
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 16:07
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Dünən, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Dünən, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Dünən, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Dünən, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Dünən, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Dünən, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Dünən, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Dünən, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Dünən, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • 26-07-2026, 23:0
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • 26-07-2026, 23:0
    İngiltərə klubunu tərk etdi
  • 26-07-2026, 22:0
    FİFA-nın reytinq siyahısında lider oldu
  • 26-07-2026, 22:0
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • 26-07-2026, 21:0
    Mançesterdən Madridə yollandı
  • 26-07-2026, 21:0
    İngiltərədə iş yerini dəyişə bilər
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 161
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 108
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 102
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 90
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə