“Şaxtyor” oyunçusunu “Zaltsburq”a satdı

24.04.2022 17:28 523
Dünya futbolu
“Şaxtyor” oyunçusunu “Zaltsburq”a satıb.

Avstriya təmsilçisi Ukrayna klubundan Fernandonu transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Fernando “Zaltsburq”da yeni mövsümdən çıxış edəcək.

Braziliyalı futbolçu Donetsk klubuna 2018-ci ildə “Palmeyras”dan keçib. O, “Şaxtyor”da 69 oyuna 12 qol vurub və 6 məhsuldar ötürmə edib.