"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" 30 yaşlı mərkəz müdafiəçisi Solomon Kvirkveliyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gürcü futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Son olaraq ölkəsində "Qaqra"nın formasını geyinən Kvirkveliya azad agent kimi "Neftçi"yə keçib. Karyerası daha çox Rusiya ilə bağlı olan stoper orada "Zenit", "Rubin", "Lokomotiv", "Nefteximik", "Rotor", Ukraynada "Metalist" kimi klubların formasını geyinib. 2014-cü ildən Gürcüstan millisinə dəvət alan Kvirkveliya bu ilin aprelində "Qaqra"ya qoşulub və Gürcüstan çempionatında 12 oyun keçirib.