Sterlinq rəsmən "Çelsi"də

13.07.2022 21:11 365
Dünya futbolu
"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

"Football -plus.az" xəbər verir ki, "zadəganlar" "Mançester Siti"dən Rahim Sterlinqi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngilis hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.