Daha bir Rusiya klubu “Qarabağ”dan futbolçu istəyir

18.01.2023 17:52 5 876
Aktual
Kvabena Ovusunun da müştərilərinin sayı artıb.

Əldə etdiyimiz məlumata görə, Rusiya klublarından biri Ağdam təmsilçisiylə qanalı futbolçu ilə bağlı danışıqlara başlayıb.

Football-plus.az xəbər verir ki, adını dəqiqləşdirə bilməsək də, hücumçu ilə premyer-liqa təmsilçilərindən birinin danışıq apardığını öyrənə bildik.

Həmin klub Ovusunu razı salıb, indi əsas məsələ “Qarabağ”ın qanalı forvardı satıb-satmayacağıdı. Rusiya təmsilçisi ağdamlılara “Ferenstvaroş”dan daha çox pul, futbolçunun özünə isə yüksək maaş təklif edib.