• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qurban Qurbanovun Çempionlar Liqası üçün xüsusi planı - TƏHLİL

Manşet / Yazarlar

3-07-2022, 20:0

Hamıya bəllidi ki, “Qarabağ” Çempionlar Liqasında “Lex”lə oyunlara ciddi hazırlaşır.

Ölkənin futbol ictimaiyyəti Ağdam klubunu diqqət mərkəzində saxlayır. Hazırda gündəmdə olan məsələ Kadi Borgeslə bağlıdı. Beer-Şeva "Hapoel"i "Qarabağ"dan yarımmüdafiəçini transfer etməkdə israrlıdı. 400 min avroluq növbəti təklif də geri çevrilib. Ancaq "Hapoel" braziliyalıdan imtina etmək niyyətində deyil. İsrail mətbuatı yazır ki, klub transfer cəhdlərini davam etdirəcək. Beer-Şeva təmsilçisi məbləği bir qədər də artırmağı düşünür. Onlar Kadinin müqavilə müddətinin növbəti mövsümün sonuna qədər olmasından yararlanmaq istəyir. "Hapoel" rəhbərliyi düşünür ki, "Qarabağ" futbolçunu 1 il sonra pulsuz buraxmaqdansa, indi müəyyən məbləğə satmağa razılaşacaq.

Əslində məsələ fərqlidi. Redaksiyamıza bununla bağlı yeni informasiya daxil olub. Qurban Qurbanov Kadinin komandada qalmasını istəyir. Bu səbəbdən də İsrail təmsilçisinin təklifinə “yox” deyilib. İndiki halda klub yuxarıda qeyd olunan məbləğ qarşılığında braziliyalını satmaq istəmir. Çempionlar Liqasının qrupuna düşməyi hədəfləyən “köhlən atlar” bu keçidi lazımsız hesab edir. Avrokuboklarda uğursuzluq olacağı təqdirdə rəhbərlik onu 500 min avroya satmağı planlaşdırır. İndiki məqamda isə mövzu “Qarabağ” üçün bağlanıb.
Növbəti mövzu Kvabena Ovusu ilə bağlıdı. Türkiyə mətbuatında yer alan məlumata görə, “Sakaryaspor” onun keçidində maraqlıdı. Ötən mövsümü “Ankaragücü”də keçirən qanalı üçün TFF 1-ci liqa təmsilçisi 300 min avro təklif edib. Əldə etdiyimiz məlumata görə, Ağdam təmsilçisi hücumçunu buraxmaq istəmir. Qurban Qurbanov ona ümid bəsləyir. Toplanışda özünü yaxşı tərəfdən göstərən qanalı komandanın əsas üzvlərindən biri ola bilər. Bu səbəbdən də ona “11” nömrəli forma verilib. 50 yaşlı mütəxəssisin planı sadədi: Ovusunu yarımmüdafiənin sağında, Xayme Romeronun yerində oynatmaq. Ötən mövsümün ən yaxşısı olan Kadi Borges isə Filip Ozobiçlə birgə mərkəzdə yer alacaq. Bu səbəbdən də baş məşqçi Ovusunun qalmasını lazım bilir.
Redaksiyamıza daxil olan məlumata görə, ağdamlıların daha bir oyunçusu Türkiyə klubunun diqqət mərkəzinə düşüb. Söhbət Kevin Medinadan gedir. Kolumbiyalı müdafiəçini superliqa təmsilçisi “Konyaspor” transfer etmək istəyib. Lakin “Qarabağ” rəhbərliyi, əsasən də Qurban Qurbanov onun komandada qalmasının tərəfdarı olub. Bu səbəbdən də onunla 3 illik yeni müqavilə imzalanıb. Konya təmsilçisi bundan sonra yenə müdafiəçini transfer etmək istəsə də, təklifi geri çevrilib. Görünən budu ki, “köhlən atlar” Çempionlar Liqasında yenidən uğur əldə etmək istəyir. Bu səbəbdən də komandadakı legionerləri saxlamaqda israrlıdı. İndiki halda ağdamlılar UEFA-ya göndərdiyi sifariş ərizəsində hansısa dəyişiklik etməyi planlaşdırmır.

Təbii ki, “Qarabağ”dan ayrılanlar da olacaq. Bunlar daha çox əvəzedici heyətdə çıxış edən futbolçulardı. Məsələn, 2022/23 mövsümündə premyer-liqada çıxış edəcək “Kəpəz” heyətini daha bir futbolçu ilə gücləndirib. Gəncə təmsilçisi “Qarabağ”ın müdafiəçisi Zamiq Əliyevi icarə əsasında transfer edib. Bu xəbəri klubun mətbuat katibi Gündüz Abbaszadə də təsdiqlədi: “Bəli, Zamiq Əliyev “Kəpəz”ə icarəyə veriləcək. Bu, futbolçunun oyun praktikası qazanmasına kömək olacaq”. Qeyd edək ki, Zamiq ötən mövsüm “Qarabağ”ın heyətində cəmi 1 matçda meydanda olub.

Bundan əlavə, digər müdafiəçi Nihad Quliyev də “Qarabağ”dan ayrılacaq. Gənc futbolçu karyerasını premyer-liqada davam etdirəcək. Ağdamlılar 20 yaşlı oyunçunu “Şamaxı”ya icarəyə göndərəcək. Bununla bağlı razılıq əldə olunub. Avstriyaya toplanışa aparılmayan futbolçunun adı həm də UEFA-ya göndərilən iştirak ərizəsinə salınmayıb.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-06-2022, 12:0

Bu klubun Kadi Borqeslə bağlı israrı davam edir

Dünya futbolu

28-06-2022, 13:0

"Qarabağ"ın futbolçusu İsrail klubunun marağında

Premyer-liqa / Manşet

20-06-2022, 12:0

"Qarabağ" Monteneqro millisinin üzvü üçün 150 min avro təklif etdi - İDDİA

Aktual
“Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Son xəbərlər
  • Bu gün, 19:38
    "Payde" - "Zirə" oyunun hakimləri məlum oldu
  • Bu gün, 19:27
    Türkiyə yığmasının daha bir üzvü ''Yuventus''da!
  • Bu gün, 18:39
    "Hamımız çalışırıq ki, birlikdə liqa mərhələsinə gedək" - Yuri Vernidub
  • Bu gün, 17:36
    “Sabah” və “Qarabağ”: hansının əsas mərhələyə yolu asandı?
  • Bu gün, 17:15
    "Neftçi" - "Dinamo-Minsk" oyunu kiprlilərə tapşırıldı
  • Bu gün, 16:53
    "Qarabağ"ın ÇSKA ilə oyunlarının hakimləri bilindi
  • Bu gün, 16:31
    Millimiz rekorda imza atdı
  • Bu gün, 16:00
    Millimiz Avropa çempionatının pley-offunda
  • Bu gün, 15:32
    Rahid Usubov: "Artıq yeni komanda formalaşdırmışıq"
  • Bu gün, 15:02
    Asim Xudiyev “Braqa”nın oyununa təyinat aldı
  • Bu gün, 14:35
    İngiltərədə iş yerini dəyişdi
  • Bu gün, 14:04
    “Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
  • Bu gün, 13:39
    "Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi
  • Bu gün, 13:20
    “Kəpəz”də baş məşqçinin köməkçiləri müəyyənləşdi
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
Daha çox
Oxunub: 236
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 155
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə