Rusiya klubu Qurban Qurbanova təklif göndərdi

2.09.2022 15:32 1 746
Ölkə futbolu
Rusiyanın "Ximki" klubu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərib.

"Football-plus.az" xəbər verir ki, bu barədə jurnalist İvan Karpov teleqram kanalında məlumat yayıb.

Qurbanov Rusiya klubunun təklifini rədd edib. O, Premyer Liqa təmsilçisində çalışmaq istəməyib.

"Ximki" Rusiya çempionatında 7 turdan sonra 11-ci sıradadır. Komandanı Spartak Qoqniyev çalışdırır. O, dünən baş məşqçi postuna gətirilib.