• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldo ilə 20 illik menecerinin münasibətləri niyə pozulub?

Premyer-liqa

16-01-2023, 16:0

Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanında təmtəraqlı şəkildə qarşılanması, ''Əl-Nəssr''in ''instaqram''ında izləyici sayının 860 mindən 11,5 milyona yüksəlməsi və s. bir önəmli məsələni kölgədə qoydu.

Football-plus.az xəbər verir ki, söhbət 20 ildən artıqdı birlikdə işləyən Ronaldo ilə meneceri Jorje Mendeşin münasibətlərinin pozulmasından gedir. Bu yazıda məhz bu mövzudan danışacağıq.

Pulu düşünməyən menecer
Zarafat deyil, bu ikilinin münasibətləri hələ Ronaldo ''Sportinq''də oynadığı və heç kimə tanış olmadığı dönəmdən başlayıb. Kriştianodakı potensialı görərək onu başqa bir menecerin əlindən faktiki “oğurlayan” Mendeş ilk gündən ona bütün lazımi dəstəyi verməyə başladı. Özü də Mendeşi təkcə pul maraqlandırmırdı. ''Mançester Yunayted''lə danışıqlar zamanı o, həmyerlisinə ''pul bu sövdələşmədə baş rol oynamır, pul barədə düşünmə'' demişdi. 2003-də ''Yunayted''dən əvvəl ''Parma'' həm futbolçuya, həm də menecerin özünə 4 milyon avroluq təklif irəli sürmüşdü. Mendeş təklifi rədd etmişdi. Düzdü, ola bilər ki, o, gələcəkdə bundan qat-qat çox qazanmaq haqda düşünürdü. Amma fakt budu ki, Ronaldonun o vaxt hələ belə böyük superulduza çevriləcəyini heç kim bilmirdi. Yəni Mendeşin yerinə başqa bir menecer olsaydı, böyük ehtimalla pulu düşünərək bu keçidə razılıq verərdi. Şəxsi həyatda da Mendeş adi menecerdən fərqlənirdi. O, ailənin ən yaxın dostuna çevrilərək Ronaldonun həyatındakı ən önəmli insan olan anasına da xüsusi qayğı ilə yanaşırdı. Bu ikilinin karyerası paralel şəkildə uğurlu inkişaf edirdi. Ronaldo ÇL-də qələbələri və ''Qızıl top''ları sıraladığı halda Mendeşin yaratdığı ''Gestifute'' menecerlik şirkəti Avropada böyük populyarlıq qazanırdı. Portuqaliyada yazırdılar ki, onların münasibətləri ata ilə oğulun münasibətlərinə bənzəyir. 2015-də hətta Mendeşin toyu olarkən Ronaldo ona Yunanıstanda dəyəri 3 milyon avro olan bir ada (!) bağışlamışdı.

İlk fakir ayrılığı
Hamımızın bildiyi kimi, 2018-də Ronaldonun karyerasında ciddi dəyişiklik baş verdi. ''Real''ın heyətində növbəti mükəmməl mövsüm keçirməsinə və ÇL-i qazanmasına baxmayaraq, o, gözlənilmədən ''Kral klubu''nu ''Yuventus''a dəyişdi. Qərarını isə belə izah etdi: '

"Son vaxtlar Florentino Peres mənə yalnız pul qazanmaq mənbəyi kimi baxırdı. Bunu dəqiq bilirəm. Çünki mənimlə səmimi şəkildə söhbət etmirdi. Onun gözündə artıq əvəzolunmaz futbolçu statusundan çıxmışdım. Ayrılacağımla bağlı ilk xəbərlər çıxanda Peresin məni saxlamağa cəhd göstərmədiyini gördüm''.


Elə Mendeş də ilk baxışdan etiraz etmirdi və ''Yuve'' ilə danışıqları yüksək səviyyədə keçirərək müştərisinin ora yolunu açdı. 2019-da Ronaldo ardıcıl 2-ci dəfə ''Qızıl top''u qazana bilmədi. Baxmayaraq ki, ''Yuve''nin heyətində kifayət qədər yaxşı performans sərgiləyərək A seriyasını qazandı. Mendeşin həmin vaxt verdiyi ''Ronaldo ''Real''ın heyətində belə mövsüm keçirsəydi, mütləq bu mükafata sahib çıxardı'' açıqlaması diqqəti çəkmişdi. 2021-də Kriştiano ''Yuve''dən bezərək klubunu dəyişmək qərarına gəldi və onunla Mendeş arasında ilk dəfə fikir ayrılığı yaşandı. Çünki Jorje müştərisinin Turində qalmasını istəyirdi və 2018-də ''Yuve'' Ronaldonun son klubu olacaq'' açıqlamasını vermişdi. Amma Ronaldo Turində xoşbəxt deyildi. Demək olar ki, heç bir komanda yoldaşı ilə dostluq etmirdi. Ən əsası ''Yuve''nin ÇL-i qazana bilməməsi onun ümidlərini puça çıxarmışdı. Adətən, futbolçunun tez-tez transfer olunması onun menecerinə pullar qazandırır. Amma Mendeş fərqli düşünürdü. O anlayırdı ki, Ronaldonun bu yaşda növbəti dəfə klubunu dəyişməsi yaxşı sonluqla bitməyəcək!

Mendeşin son yaxşılığı

2021-də Kriştianonun statusu artıq dəyişmişdi. O artıq ÇL-i qazanmağa qadir olan superulduz yox, sanki bahalı, bununla yanaşı, o qədər də effektli olmayan bir səhmə çevrilmişdi. Mendeş kənardan bunu görür və anlayırdı. Ronaldo isə (elə indi də olduğu kimi) öz dünyasında yaşamaqda davam edirdi. Bütün uğursuzluqlarda özündən başqa hamını günahlandırırdı. 2021-də Mendeş ilk dəfə həmyerlisinə klub tapmaqda çətinlik çəkirdi. Onlar bir-birindən istədikləri sözləri eşitmirdilər. Amma yollar ayrılmadı. Mendeş növbəti dəfə işinin öhdəsindən yaxşı gəldi. O, ''Mançester Siti'' ilə danışıqlar aparırmış kimi özünü göstərib necə deyərlər, sağ göstərib sol vurdu və ''Yunayted''lə anlaşdı. Mankunianların ÇL-ə vəsiqə qazana bilməməsi üzündən klubdan soyuyan Ronaldo 2022-nin yayında tətildən sonra Mançesterə qayıtmaq istəmədi və növbəti dəfə Mendeşdən ona yeni klub tapmağı tələb etdi. ''Atletik'' nəşrinin yazdığına görə, bu tələb ikilinin münasibətlərini yenə gərginləşdirdi. Çünki Ronaldo artıq yaşının ötdüyünü və müasir futbolun tələblərinə cavab vermədiyini qəbul etmirdi (ya da etmək istəmirdi). Kriştiano Mançesterdəki qazancından qat-qat az (həftəyə 80 min funt-sterlinq) qazanmağa razı idi. Onun yeganə şərti o idi ki, klub ÇL-də oynasın. Amma Mendeş bu tələbə cavab verən bir variant da tapa bilmədi! Məhz bu məqamda Ronaldo 20 illik menecerindən soyudu və onun artıq əvvəlki bacarığını itirdiyini düşündü. Bununla da onların münasibətlər birdəfəlik korlandı.

Ronaldo noyabrda - DÇ-dən öncə Pirs Morqana verdiyi həmin qalmaqallı müsahibədən sonra təkcə ''Yunayted'' azarkeşlərinin yox, futbol dünyasında bir çoxlarının gözündən düşdü. İngiltərə mətbuatının yazdığına inansaq, Mendeş qətiyyətli şəkildə Ronaldonu Morqana belə müsahibə verməkdən daşındırmağa çalışıb. O, 37 yaşlı məşhur həmyerlisinə ''Yunayted''dəki statusu ilə barışmağı, üzərində çalışaraq ''ağzıgöyçəklər''in cavabını meydanda verməyi məsləhət görürdü. Ən əsası ''Yunayted''in ÇL-ə vəsiqə qazanmaq şansı da pis deyildi. Amma Ronaldo bildiyini etdi. Mendeş hətta bu məqamda da müştərisinə yaxşılıq etdi. Çünki bir çox mənbənin yazdığına görə, Ronaldo müqavilədəki anlaşmaya sadiq qalmadığından klub onunla müqaviləni birtərəfli qaydada pozmağa hazırlaşırdı. Amma məhz Mendeş “Yunayted” rəhbərliyi ilə yaxşı münasibətdə olmasından yararlanaraq müqavilənin qarşılıqlı şəkildə ləğvinə nail oldu!

Yeni menecer 30 milyon avro irəli düşdü!
Bundan sonra maraqlı hadisələr yaşandı. İspaniyanın AS nəşrinin yazdığına görə həm ''Əl-Nəssr'', həm də bəzi rəsmi şəxslər Mendeşlə yox, birbaşa Ronaldonun özü ilə əlaqə saxlayırdılar. Məhz bu məqamda bəlli oldu ki, onların münasibətlərinə son qoyulub. ''Əl-Nəssr'' ilə danışıqları başqa adam – Ronaldonun şəxsi meneceri və köhnə dostu Rikardo Requfe aparırdı. Requfe Ronaldo üçün ideal menecerdi. Çünki onun hər dediyi ilə razılaşır. ''Marka''nın yazdığına inansaq, Requfe Ronaldonun ''Əl-Nəssr''ə keçidindən sonra 30 milyon avro irəli düşüb!

İndi Ronaldo ilə Mendeşin münasibətlərinin hansı statusda olduğunu heç kim bilmir. Amma münasibətlərin qaydasında olmadığı artıq çoxlarına bəllidi. Portuqaliya mətbuatında bu mövzu ilə bağlı çoxlu yazı dərc olunur. ''Rekord'' nəşrinin əməkdaşı Viktor Pintonu dinləyək: '

"Heç bir klub ona yaxın durmaq istəmirdi. Əsas sübut onun “Əl-Nəssr”ə keçməsidi. Nə PSJ, nə İtaliya klubları, nə “Barselona”, nə də “Bavariya” ona maraq göstərdi. Elə “Real”a qayıtmaq variantı da yox idi. Əlində yalnız “Əl-Nəssr”in təklifi var idi. Mendeşin ona həqiqətləri deməyə cürəti çatdı. Bu həqiqət Ronaldonun xoşuna gəlmədi. Bu üzdən belə qərara gəldi ki, Səudiyyə Ərəbistanına yollanmaq üçün onu Mendeşə ehtiyacı yoxdu”. Bir anonim mənbənin versiyası isə belədi: “Ronaldonun reallığı qəbul etməklə bağlı problemi var. Bu üzdən həqiqi təriflə yalançı tərifi bir-birindən ayıra bilmir. Ətrafı ona Yuli Sezar kimi yanaşır. Çünki onun məhz bu cür düşüncə tərzində olduqlarını bilirlər. Ronaldo böyüklüyünün altında əzildi. Bu dəqiqə Avropada onun eqosunu, maddi və başqa tələblərini qarşılaya biləcək klub yoxdu”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

17-06-2022, 18:0

Ronaldo "Yunayted"dən ayrıla bilər

Dünya futbolu

21-11-2022, 16:0

Ronaldo "instaqram"da ilk oldu

Dünya futbolu

5-07-2022, 11:0

Ronaldo "Barselona"ya keçə bilər - Müzakirə edildi

Dünya futbolu

30-11-2022, 15:0

Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındı

Dünya futbolu

23-07-2022, 14:0

Ronaldonün ümidi doğma klubuna qalıb

Dünya futbolu

28-06-2022, 16:0

"İnter" Ronaldonun təklifini rədd etdi

Aktual
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
"Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
Son xəbərlər
  • Bu gün, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Bu gün, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Bu gün, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Bu gün, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Bu gün, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Bu gün, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Bu gün, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Bu gün, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Bu gün, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Bu gün, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Bu gün, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Bu gün, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Bu gün, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Bu gün, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Bu gün, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Bu gün, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Bu gün, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Bu gün, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Bu gün, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Bu gün, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Bu gün, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Bu gün, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Bu gün, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Bu gün, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • Dünən, 23:25
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • Dünən, 23:13
    Velko Simiç daha 2 il “Sabah”da
  • Dünən, 22:02
    "Şamaxı" daha bir futbolçunu yola saldı
  • Dünən, 21:46
    “Mən rusam və rus kimi də qalıram” - Yevgeni Plyuşenkonun oğlu Azərbaycanı niyə seçib?
  • Dünən, 20:35
    Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad etdilər
  • Dünən, 20:03
    Güləşçilərimiz Xorvatiyada iki medal qazandı
  • Dünən, 19:03
    "Sabah" akademiyasının Qusar seçmələri başa çatdı
  • Dünən, 17:56
    “Tovuz stadionunda iş başa çatmayıb” – Nəsimi Paşayev
  • Dünən, 17:25
    Neapolu tezliklə tərk edəcək
Daha çox
Oxunub: 403
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 196
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 164
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 161
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə