"Barselona" 8 oyundu uduzmur

15.01.2023 13:15 258
Dünya futbolu
İspaniya superkubokunda "Betis"ə penatilər seriyasında qalib gələn (2:2, 4:2) "Barselona” məğlubiyyətsiz oyunlar seriyasını 8-ə çatdırdı.

Kataloniyalılar sonuncu dəfə oktyabrın 26-da ÇL-də “Bavariya”ya uduzub (0:3) və həmin vaxtdan bəri keçirdiyi 8 oyunun 6-da qələbə qazanıb, 2-də heç-heçə edib.