“Barselona B”nin əvvəlki adı bərpa olundu

12.06.2022 21:57 465
Dünya futbolu
“Barselona”nın əvəzedicilərdən ibarət komandasının adı dəyişdirilib.

İspaniya klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, “Barselona B” 2022/23 mövsümündən “Barselona Atletik” adına qayıdacaq. Qərar klubun prezidenti Xuan Laporta tərəfindən qəbul edilib.

Xatırladaq ki, komanda sonuncu dəfə “Barselona Atletik” adı altında 2008-10-cu illərdə oynayıb.