• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Hücumçularla boğuşmağı sevirəm”

Dünya futbolu

15-01-2023, 11:0

Türkiyədə qış “transfer pəncərəsi” yanvarın 12-dən açıqdı.

“Fənərbaxça” artıq ilk transferini həyata keçirib. Superliqada “Qalatasaray”a uduzmaqla zirvədən 4 xal geri düşən “sarı-lacivərdlilər” baş məşqçi Jorje Jezuşun tələbi ilə müdafiə xəttini gücləndiriblər. İstanbul nəhəngi “Adana Dəmirspor”dan 28 yaşlı mərkəz müdafiəçisi Samet Akaydını heyətinə qatıb. Bu transfer “Fənər”ə 3,7 milyon avroya başa gəlib. “3” nömrəli formanı geyəcək Akaydın ilə “3,5+1” illik müqavilə imzalanılıb. Qısaca qeyd edək ki, 190 sm boya malik olan Akaydın 1994-cü ildə Trabzonda doğulub. Yeniyetməlik dönəmində “İdmanocağı”, “Trabzonspor” və “Boluspor”un akademiyasında top qovan bu futbolçu ilk peşəkar müqaviləsini 2013-də “Arsinspor”la imzalayıb. Ümumiyyətlə, 2021-ə qədər bu futbolçu heç vaxt elitada oynamamışdı. Aşağı liqalarda “Sancaktəpə”, “Şanlıurfaspor” və “Keçiörəngücü”nün şərəfini qoruduqdan sonra Samet 2020-də “Adana Dəmirspor”a keçmişdi. Bu klub da həmin vaxt hələ 1-ci liqada idi və yalnız bir ildən sonra superliqaya yüksəldi. Samet elitada müdafiənin mərkəzində Tayyib Talha Sanuçla birlikdə güclü duet təşkil etməsi ilə diqqəti çəkdi. Təsadüfi deyil ki, Sanuçu bu mövsümün əvvəlində “Beşiktaş” qapdı. Ötən ilin noyabrında ilk dəfə Türkiyə yığmasına dəvət alan və peşəkar karyerası boyunca 163 rəsmi oyunda 19 qol vuran Akaydın ikili mübarizələrdə uğurlu oyunu ilə diqqət çəkir. Bu mövsüm o, ikili mübarizələrin 62 faizindən qalib ayrılıb və bu göstəricidə hamıdan öndədi! “Fənər”də müdafiənin mərkəzində son vaxtlar Sərdar Əzizlə Qustavo Enrikenin inamsız təsir bağışladığını nəzərə alsaq, Akaydının artıq bazar günü “Qaziantep”lə səfər oyununda yeni klubunda debüt edəcəyi istisna olunmur. Onu da bildirək ki, “Adana Dəmirspor” Samet Akaydının əvəzinə heyətə Mərt Çətini cəlb edib. Bu mövsüm icarə əsasında “Leççe”də forma geyən və müqavilə ilə “Verona”ya məxsus olan 26 yaşlı futbolçu ilyarımlıq icarəyə götürülüb.

Müqaviləyə imza atandan sonra jurnalistlərin önünə çıxan Samet Akaydın bunları deyib:

“Belə böyük camiəyə gəldiyim üçün sevincli və həyəcanlıyam. İnşallah, hər iki tərəf üçün də düşərli bir transfer olar. İnadkaram və sona qədər savaşmağı sevirəm. Ona görə də forma uğrunda rəqabət aparmağa hazıram. Pis oynaya bilərəm. Amma pis mübarizə aparmayacağıma zəmanət verirəm. Jezuşla ilk məşqə çıxmadan öncə söhbət etdim. 3 mərkəz müdafiəçili sistemdə oynamağı bacardığım üçün məni transfer ediblər. Topla irəli çıxmaq və arxadan oyun qurmaq bacarığım var. Jezuş da bu özəlliklərimdən xəbərdardı. Həm Türkiyədən, həm də xaricdən çox təklif almışdım. “Adana Dəmirspor” başqanı məndən hara getmək istədiyimi soruşanda “Fənərbaxça”nın adını çəkdim. Bunu fanatlara xoş görünmək və elə-belə söz xətrinə demirəm. Hisslərimlə hərəkət edən insanam və həmin anda da hisslərimi dinlədim. Həm də “Fənərbaxça”nın bu mövsüm çempion olacağına inandığım üçün bu klubu seçdim. Hücumçuları daban-dabana izləməyi, onlarla belə desək, boğuşmağı sevirəm. Meydanın hər yerində mübarizə aparıram. “3” nömrəli formanı məndən öncə Kim-Min Çje geydiyi üçün üzərimdə məsuliyyət bir qədər də artır. Onun yoxluğunu hiss etdirməməyə çalışacam. Uzun illərdi bu nömrə ilə oynadığıma görə “Fənərbaxça”da da bu nömrəni seçdim”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

27-09-2022, 17:0

“Fənərbaxça” Türkiyə futbolunun ən bahalı heyətini yığıb! - SİYAHI

Dünya futbolu

23-08-2022, 15:0

Onyekuru ilə Belhanda ''4'' göstərdi, ''Fənər'' ''4'' vurdu

Dünya futbolu

26-06-2022, 12:0

''Qalatasaray'' ilk transferini reallaşdırdı

Dünya futbolu

16-07-2022, 17:0

“Fənərbaxça”nın iştirak ərizəsinə kimlərin adı düşmədi?

Aktual
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
“Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
“Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
Son xəbərlər
  • Bu gün, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Bu gün, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Bu gün, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Bu gün, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Bu gün, 16:12
    Hamını arxada qoydu
  • Bu gün, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Bu gün, 15:05
    "İmişli"dən yeni transfer
  • Bu gün, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Bu gün, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Bu gün, 13:27
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Bu gün, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Bu gün, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 164
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə