• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Kəpəz”, Antalya sənin harana yaraşır?

Premyer-liqa / Manşet

14-01-2023, 17:0

Hər gün “Kəpəz”də yaşanan qeyri-adi olaylar barədə xəbər eşitməsəm, özümü narahat hiss edirəm.

Yemək yemirəm, su içmirəm, qonşularıma salam vermirəm. Həyəcanımı boğmaq üçün yoqa ilə məşğul oluram. Gəncə klubunun düşərgəsində sükut olanda ürəyim əsir. Bunu tufanqabağı sakitlik kimi qəbul edib, üçüncü dünya müharibəsinin başlayacağından, Rusiyanın Amerika Birləşmiş Ştatlarına və ya onun buna nüvə silahı atacağından, yeni ölümcül virusun dünyanı ağuşuna alacağından qorxuram. “Kəpəz”in düşərgəsində hər gün medianın gündəmini zəbt edən nəsə olmalıdı. Bu yoxdusa, elə zənn edirəm ki, dünyanın sonu yaxınlaşıb, qiyamət yetişib.

Yanvarın ilk günlərində “sarı-göylər”lə bağlı yeni bir xəbər oxudum. Səm demə, komanda Antalyaya iki aparıcı üzvü - Ahmed Ayzaya və Abdullahi Şuaybusuz yollanıb. Yazılanlara inansaq, Türkiyə səfirliyi nigeriyalılara viza verməyib. “Kəpəz”lə bağlı bu xəbəri saytlar elə təqdim etmişdi ki, sanki böyük biabırçılıq baş verib. Milli mətbuat bu xəbəri ictimaiyyətə qeyri-adi hal kimi sırımağa çalışıb. Məncə, burda diqqətçəkən xüsusi heç nə yoxdu. İki futbolçunun toplanışa iki gün gec qoşulması heç də biabırçlıq deyil. Əslində ən böyük biabırçılıq AFFA-nın əlinə baxan, stadionu bombalanmış sahəni xatırladan, paltardəyişmə otağı vaqon olan, avtobus almaq üçün şəkil satan klubun Antalya eşqinə düşməsidi. Xahiş edirəm, sözümü kəsməyin. Mənə “yetimin əlində qoğal pis görünür?” misalını da xatırlatmayın. Adama deyərlər, sən hansı gününə başını başlara qoşursan, bir futbolçusunu 5 milyon avroya satan “Qarabağ”a, SOCAR kimi himayədarı olan “Neftçi”yə oxşamaq istəyirsən, pula pul deməyən “Sabah”ın ayaqqabasını geyməyə çalışırsan? Sənin heç Tovuzun icra başçısı kimi çətin anda öz cibindən borc verə biləcək himayədarın da yoxdu. Belə vəziyyətdə yola çıxmaq, iki həftə 5 ulduzlu oteldə qalmaq sənin harana yaraşır?

Qayıdaq “Kəpəz”in yazıq, qaragünlü, qaradərili futbolçularının başına gələnlərə. Dünən onlarla bağlı daha bir xəbər çıxdı qarşıma. Bu dəfə yazılmışdı ki, klubun İdarə Heyətinin rəhbəri İlqar Nadirinin xüsusi səyi nəticəsində, axır ki, Ahmedlə Abdullahinin üzünə gün doğub. Onlar da qarlı Bakını tərk edərək, yağışlı Antalyaya yollana biliblər. Nigeriyalıların Tükiyəyə getməsini başa düşdüm. Ancaq mətbuatda yazılan “İlqar Nadirinin xüsusi səyi nəticəsində” cümləsi mənə qaranlıq qaldı. Deyəsən, İlqar bəy BMT-nin, Qırmızı Xaç Cəmiyyətinin, Sərhədsiz Həkimlər Təşkilatının xüsusi səlahiyyətli nümayəndəsidi, sadəcə, bizim xəbərimiz yoxdu. Əks halda necə ol bilər ki, Türkiyə səfirliyi məhz onun sözünü yerə salmayaraq Ahmedlə Abdullahinin qarşısında “yaşıl işıq yandırdı”, futbolçuların qardaş ölkəyə gedişinə icazə verdi? İnternetdə bu məsələ ilə bağlı axtarış verdim. Amma heç nə tapmadım. “Kəpəz”lə bağlı xəbərlərdə ancaq “Rauf Əliyev Tərlan Əhmədoun cavabını verdi”, “Əfran İsmayılov baş məşqçiyə söz atdı”, “Evin Yunuszadə durumundan narazıdı” kimi xəbərlər çıxdı. Özlüyümdə “özünə umac ova bilmir, başqasına əriştə kəsir” misalını xatırladım. Onu da düşündüm ki, İlqar bəy səfirliyə təsir edəcək qüvvəyə, əzəmətə sahibdisə, hər yerdə sözü keçirsə, niyə “Kəpəz”də yaşananlara müdaxilə etmir? Niyə özünü “avtoritet” sayan Əfran, Rauf və Elvin ilə üz-üzə oturub söhbət etmir? Niyə ələbaxan “Kəpəz”ə ayrılan maliyyəni boş yerə xərcləyir, komandaya zərrəcə fayda verməyənlərə hər ay maaş verir?

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

8-01-2023, 11:0

Səfirlikdən “Kəpəz”ə ağır zərbə

Premyer-liqa

11-01-2023, 20:0

Afrikalılar "Kəpəz"in düşərgəsində

Premyer-liqa

13-01-2023, 17:0

“Kəpəz” 30 yaşlı forvardla anlaşamağa yaxındı

Premyer-liqa

16-08-2022, 14:0

Nigeriyalı futbolçu "Kəpəz"də - RƏSMİ

Premyer-liqa

7-01-2023, 10:0

"Kəpəz" Antalyaya yollandı

Premyer-liqa / Manşet

18-09-2022, 20:0

“Kəpəz” 1660 gün sonra

Aktual
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
"Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
"Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
Son xəbərlər
  • Bu gün, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Bu gün, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Bu gün, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Bu gün, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Bu gün, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Bu gün, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Bu gün, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Bu gün, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Bu gün, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Bu gün, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Bu gün, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Bu gün, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Bu gün, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Bu gün, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Bu gün, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Bu gün, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Bu gün, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Bu gün, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Bu gün, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Bu gün, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
  • Bu gün, 10:00
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 23:59
    "Avrokuboklarda iştirak edəcəyimizi əvvəlcədən bilməliydik" - Rəşad Sadıqov
  • Dünən, 23:30
    DÇ-nin təəssüratı - futbol, şou, yoxsa hər ikisi?
  • Dünən, 23:00
    İsmayıl Kartalın birinci köməkçisi bəlli oldu - Tadiç də gəlir?
  • Dünən, 22:30
    Türkiyənin heyətində xoş sözlərə layiq görülən yeganə futbolçu...
  • Dünən, 22:25
    "Yenə əsas mərhələdə iştirak etmək istəyirik" - Qurban Qurbanov
  • Dünən, 22:10
    "Montella getməlidi" - İbrahim Uzunca uğursuzluğun səbəblərini dedi
  • Dünən, 22:00
    Premyer-liqanın təqvimi açıqlandı
  • Dünən, 21:00
    "Qarabağ" "Zirə"ni məğlub etdi
  • Dünən, 20:30
    "Neftçi" Elvinlə yeni müqavilə imzaladı
  • Dünən, 20:02
    İtaliya klubunu tərk etdi
  • Dünən, 19:31
    Acun Ilıcalı ''Beşiktaş''ın qapıçısına təklif göndərdi
  • Dünən, 19:00
    "Zirə" legioner qapıçı transfer etdi
  • Dünən, 18:32
    Parisi tərk edəcək
Daha çox
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 248
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə