Türkiyədə toplanışda olan "Kəpəz" məşqlərini davam etdirir.
Son iki gündə Antalyada havanın yağışlı olması hazırlıq prosesinə təsir etməyib. Futbolçular baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında eyni istək və əzmlə çalışırlar.
Viza məsələsinə görə Antalyaya səfərləri ləngiyən Ahmed Ayzaya ilə Abdullahi Şuaybu artıq bu gündən komanda ilə birgə məşqlərə başlayıb. Onlar düşərgəyə qoşulan kimi səhər hazırlığında iştirak ediblər.