Onu da bildirmişdik ki, Gəncə klubu yanvarın 18-nə qədər toplanış keçəcəyi Antalyada 3 yoxlama matçı keçirəcək.
Dünən isə məlum oldu ki, “sarı-göylər” toplanışa heç də tam tərkibdə yollana bilməyib. Belə ki, komandanın iki aparıcı üzvü Ahmed Ayzaya və Abdullahi Şuaybu kollektivdən ayrı düşüb. Buna onların viza ala bilməməsi səbəb olub.
Maraqlıdı, görəsən Ayzaya və Şuaybuya niyə viza verilməyib? Legionerlər komandanın toplanışına qoşula biləcək, yoxsa Azərbaycanda qalıb fərdi şəkildə mövsümün ikinci yarısına hazırlaşacaq? Bu suallara aydınlıq gətirmək üçün “Kəpəz”in hazırda komanda ilə birlikdə Antalyada olan mətbuat xidmətinin rəhbəri Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az” saytına açıqlamasında bunları söylədi:
“Təəssüf ki, adını qeyd etdiyiniz futbolçulara Türkiyə səfirliyi viza vermədi. Niyə viza verilməyib? Müraciət mənfi cavablandırıldıqda səbəbi açıqlanmır. Buna baxmayaraq, ikinci dəfə müraciət ünvanlanıb. İndi səfirlikdən cavab gözləyirik. Müsbət cavab olan kimi hər iki futbolçu komandanın toplanışına qoşulacaq”.
RƏŞAD



