“Kəpəz” 30 yaşlı forvardla anlaşamağa yaxındı

13.01.2023 17:11 325
Premyer-liqa
Ötən sayımızda “Kəpəz”in legionerləri Ahmed Ayzaya və Abdullahi Şuaybunun viza problemi üzündən komanda ilə birgə Türkiyəyə yollana bilmədiklərini xəbər vermişdik.

Nigeriyalı futbolçuların problemi artıq həll olunub. Klubdan verilən məlumata görə, onlar dünən “sarı-göylər”in təlim-məşq toplanışına qoşulub.

Football-plus.az xəbər verir ki, bu arada Gəncə təmsilçisinin yeni futbolçu ilə anlaşmağa yaxın olduğunu bildirək. Yayılan xəbərlərə inansaq, “sarı-göylər” fransalı forvard Salif Sisse ilə danışıqları yekunlşdırıb. Onun tezliklə komandanın məşqlərinə qoşulacağı gözlənilir.

Qeyd edək ki, Salif ötən mövsümün sonuna kimi Latviyada “Hegelmann”ın şərəfini qoruyub. 30 yaşlı mərkəz hücumçusu Fransa “Le-Man”ının yeirməsi olsa da, karyerası ərzində bu ölkənin aşağı divizion klubları ilə yanaşı, Bolqarıstanda “Botev”, “Sarskoye selo” kimi klubların şərəfini qoruyub. Salif hətta Konqo Demokratik Rüspublikasında top qovmağa da imkan tapıb.

RƏŞAD

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul