Qış fasiləsi zamanı güclənmək istəyən "Sumqayıt" indidən transfer çalışmalarına başlayıb.
Football-plus.az-a daxil olan məlumata görə, "kimyaçılar"ın düşərgəsində 1 futbolçu peyda olub. Söhbət Liberiya millisinin üzvü Terrens Tisdelldən gedir. Həm hücumçu, həm də sol cinah vingeri kimi oynaya bilən 24 yaşlı futbolçu məşqçilər korpusu tərəfindən bəyənilib. O, bu gün tibbi müayədən keçəcək. Sağlamlıq durumu yerində olsa, tezliklə hücumçu ilə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, hücumçu bu ilin yanvarında "Kocaalispor"dan "Botaşani"yə keçib. 24 yaşlı futbolçu sentyabrda Rumıniya klubundan ayrılıb.
Liberiya millisinin heyətində 13 matçda meydana çıxıb. Bu görüşlərdə 1 dəfə fərqlənə bilib.