Finlandiya millisinin üzvü Robert İvanov karyerasını Azərbaycanda davam etdirə bilər.
Football-plus.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ilə 2 premyer-liqa klubuna təklif olunub. Onlardan biri "Neftçi"di. Digəri isə "Sabah"dı.
Qeyd edək ki, İvanov hazırda Polşanın "Varta" klubunda çıxış edir. Müdafiəçi bu mövsüm 17 matçda meydana çıxıb. Bu görüşlərdə fərqlənə bilməyib.
Bundan əlavə, İvanov Finlandiya millisinin üzvüdü. O, yığmada 17 matçda meydana çıxsa da, fərqlənə bilməyib.
İLKİN SULTANLI
Finlandiya millisinin üzvü 2 Azərbaycan klubuna təklif olundu
Premyer-liqa


