Superliqanın 18-ci turunda “Qalatasaray”a məğlub olan “Fənərbaxça” bu mövsüm öz meydanında keçirdiyi 17-ci rəsmi oyunda ilk dəfə qol vura bilmədi.
Football-plus.az xəbər verir ki, derbidə əsas rəqibinə 0:3 hesabı ilə məğlub olan İstanbul təmsilçisi tarixində ilk dəfə çempionatda bir mövsümün ilk dövrəsində “sarı-qırmızılar” (0:3), “Beşiktaş” (0:0) və “Trabzonspor”a qarşı oyunlarda (0:2) fərqlənə bilmədi!
“Fənər”in başında sonuncu dəfə bir mövsümün ilk dövrəsində bu 3 rəqibdən heç birini məğlub edə bilməyən əcnəbi mütəxəssis 1998/99-da Yoahim Löv olmuşdu.