"Vaşaş"ın baş məşqçisi Elemer Kondaş "Neftçi"yə qarşı keçirdikləri yoldaşlıq oyunundan sonra klubun rəsmi saytına açıqlama verib.
Football-plus.az xəbər verir ki, Macarıstan təmsilçisinin çalışdırıcısı görüş haqda bu fikirləri səsləndirib:
""Neftçi"yə qarşı yaxşı oyun keçirdik. Məqsədimizə mükəmməl nail olduq. Hər iki hissədə məşqlərdə etdiyimiz çalışmaları gördük. Şadam ki, birinci və ikinci hissədə çoxlu qol imkanları yarada bildik. Son zərbələrdə problemlər oldu. Rəqibin ilk hissədə qoldan başqa epizodu olmadı. Qapıçılarımızın çox işi olmadı. Lakin rəqibin qolkiperləri bir neçə dəfə seyv etməli oldular. Oyunda çox gözəl anlar yaşadıq, məmnun qaldım".