"Qarabağ"ı məyus edən futbolçu: "Çox güc sərf etməli olduq" - AÇIQLAMA

4.08.2022 11:11 422
Çempionlar Liqası
“Ferentsvaroş”un futbolçusu Frank Boli Macarıstan mətbuatına açıqlama verib.

Football-plus.az
xəbər verir ki, hücumçu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

1:1 hesabıyla başa çatan matçda komandasının yeganə qoluna imza atan forvardın fikirləri belə olub:

“Çətin rəqibə qarşı oynadıq. Onların hücumlarının qarşısını almaq üçün müdafiədə çox güc sərf etməli olduq. Cavab matçında üstünlük bizdə olacaq. Azarkeşlərimizin qarşısında oynayacağıq”.


Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasındakı cavab matçı avqustun 9-da olacaq.