"Neftçi"nin gücünü gördük"

11.01.2023 11:39 237
Dünya futbolu
Macarıstanın "Vaşaş" klubunun futbolçusu David Zimonyi "Neftçi"yə qarşı keçirdikləri yoldaşlıq oyunundan sonra klubun rəsmi saytına açıqlama verib.

Football-plus.az xəbər verir ki, hücumçu 1:1 hesabı ilə başa çatan qarşılaşma haqda bu fikirləri səsləndirib:

“Bu bizim ilk sınaq matçımız idi. Məncə, birinci oyuna görə kifayət qədər yaxşı idik. Bərabərlik qolunu vurduğum üçün çox sevincliyəm. Cinahdan ötürmə alarkən topu qəbul edər-etməz onu uzaq küncə göndərdim. "Neftçi"nin gücünü gördük. Hesab edirəm ki, sərgilənən oyuna əsasən qələbə qazana bilərdik”.