Məşhur tennisçi ana olacaq

10.01.2023 21:16 250
İdman
Dünyanın sabiq 1 nömrəli qadın tennisçisi Eşli Barti isə sosial şəbəkədə ana olacağını xəbər verib:

“2023 yaxşı il olacaq. Yeni macəralarımıza görə çox sevinirik. Oriqi (Bartinin itinin adı belədi – red.) artıq qayğıkeş böyük bacı olacaq”.


26 yaşlı avstraliyalı ötən ay 2017-dən münasibətdə olduğu qolfçu Harri Kassiklə ailə qurub. Barti ötən ilin martında karyerasını bitirdiyini elan edib. O, tennisdən dünyanın 1-ci raketkası statusu ilə ayrılıb.