İl sona yaxınlaşdıqca müxtəlif idman qurumları ayrı-ayrı nomonasıyalar üzrə qaliblərin adın açıqlayır.
Football-plus.az xəbər verir ki, qadınların Tennis Assosiasiyası (WTA) da bu tendensiyadan kənarda qalmayıb. Polşalı İqa Sventek ilin tennisçisi sayılıb. 21 yaşlı idmançı 2022 mövsümünü dünyanın 1 nömrəli qadın tennisçisi statusu ilə bitirib. O, bu il Fransa və ABŞ Açıq Çempionatlarında qələbə qarışıq 8 titul qazanıb. “İlin cütlüyü” nominasiysında “Australian Open”, “Uimbldon” və “US Open” turnirlərində qələbəni bayram edən çexiyalı xanımlar – Barbora Kreyçikova ilə Katerjina Sinyakova qalib elan olunub.
Dünyanın 27-ci raketkası – çinli Sinven Çjen ilin ən yaxşı debütantıdı. “İlin tərəqqisi” nominasiyasında mükafat WTA-in iki fərdi turnirində qələbə qazanan braziliyalı Beatris Haddad-Mayyaya çatıb. İkinci uşağı dünyaya gələndən sonra korta qayıdan və “Uimbldon”da yarımfinala çıxan alman Tatyana Mariya “ilin dönüşü” mükafatına layiq görülüb. Amerikalı tennisçi Cessika Pequlanı çalışdırıan Devid Uatt isə “ilin məşqçisi” sayılıb.