26 yaşlı avstraliyalı özünü bütünlüklə məşqlərə həsr edə biləcəyinə şübhə ilə yanaşır:
“Qolfun dəlisiyəm. Ancaq ona əmin deyiləm ki, özümü bütünlüklə məşqlərə həsr edə, intizamı gözləyə bilərəm. Qolf tennisdən kəskin şəkildə fərqlənir. Tennis reaksiya tələb edən sürətli idmandı. Qolf isə ləngdi. Burda düşünmək üçün vaxt var, vəziyyətə nəzarət edirsən”.
Xatırladaq ki, “Böyük dəbilqə” turnirlərinin üçqat qalibi olan Barti bu il gözlənilmədən tennis karyerasını bitirib.

