Klebo Bolşunovu keçdi, Kolondan geri qalır

9.01.2023 13:28 237
İdman
Val-di-Femmedə keçirilən "Tur de Ski" turniri başa çatıb.

Football-plus.az xəbər verir ki, norveçli xizəkçi Simen Höqstad Kryuqer final mərhələsinin startında qalib gəlib. Holunn ikinci, Laper üçüncü, Yohannes Klebo isə 6-cı olub. Norveçli ümumi sıralamada ilk pillədə qərarlaşaraq "Tur de Ski"də çempionluq sevinci yaşayıb.

Klebo bu nəticə ilə Bolşunovu keçib, turnirin 4 dəfə qalibi olan Kolondan geri qalır.