Məmmədyarov "Grand Chess Tour"da bu qədər qazanıb

26.07.2022 14:09 467
İdman
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Grand Chess Tour"un üçüncü mərhələsində qazancı məlum olub.

"Football-plus.az" xəbər verir ki, rapid və blits üzrə təşkil olunan turniri 10 iştirakçı arasında 7-ci yerdə tamamlayan millimizin üzvü 9 min 500 dollar qazanıb.Yarışın qalibi olan norveçli dünya çempionu Maqnus Karlsen isə 40 min dollara sahib çıxıb.

Qeyd edək ki, mərhələnin ümumi mükafat fondu 175 min dollar təşkil edib.