Meyidi tapılan 4 nəfərdən biri “Sumqayıt” fanklubunun...

8.01.2023 11:35 442
Premyer-liqa / Manşet
Bir neçə gün öncə paytaxtın Nərimanov rayonunda evdən meyiti tapılan 4 nəfərdən birinin Sumqayıt sakini Kamran Allahverdiyev olduğu məlum olmuşdu.

“Football-plus.az” saytının əldə etdiyi məlumata görə 19 yaşlı gənc “Sumqayıt”ın fanklubunun üzvü imiş.

Söylənilənləri dəqiqləşdirmək üçün fanklubun rəhbəri Sənan Mirzəyevlə danışdıq. Sənan bəy deyilənləri təsdiqlədi:
“Kamran fanklubun ən fəal üzvlərindən biri idi. Çox tərbiyəli, mehriban uşaq kimi hamının hörmətini qazanmışdı. Komandanın istər ev, istərsə də səfər oyunlarında tribunada olurdu. Bu xəbəri eşidəndə çox məyus olduq. Hələ də onun dünyasını dəyişdiyinə inana bilmirəm”.


RƏŞAD