Football-plus.az xəbər verir ki, bir neçə aydı xərçəng xəstəliyindən müalicə alan “Borussiya”nın (Dortmund) oyunçusu artıq tam sağalıb.
Ötən ilin iyulunda xaya xərçəngi diaqnozu qoyulan Sebastyen iki dəfə əməliyyat olunub və kimya-terapiya kursu keçib. 28 yaşlı hücumçu yanvarın 3-dən fərdi məşqə başlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Halle səbirsizliklə komandaya qoşulmaq istədiyini bildirib:
“2022 mənim üçün asan il olmadı. Lakin məni 2023-cü ilin təklif edəcəyi bütün yeni çağırışlara hazırladı. Komandaya qoşulmağı səbirsizliklə gözləyirəm”.


