• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Halle xaya xərçəngindən əməliyyat olundu

Dünya futbolu

24-07-2022, 10:0

“Borussiya”da yeni mövsümə hazırlıq prosesində şok vəziyyəti yaranıb. Dortmund klubunun yeni oyunçusu Sebastyen Halledə xərçəng xəstəliyi aşkar edilib.

Sebastyen sıraya nə vaxt dönəcək?

O, son məşqlərdən birindən sonra özünü pis hiss etməyə başlayıb. Müayinələr nəticəsində 28 yaşlı hücumçunun xayasında şiş aşkarlanıb. Klub iyulun 19-da ictimaiyyəti futbolçunun və onun ailəsinin şəxsi həyatına hörmət etməyə, həmçinin heç bir araşdırma aparmamağa çağırıb. Rəhbərlik Hallenin səhhəti ilə bağlı yeni məlumat olacağı halda dərhal açıqlayacağına da söz verib. “Borussiya”nın idman direktoru Sebastyan Kel bu haqda belə açıqlama verib: “Bu xəbər həm Sebastyen, həm də hamı üçün şok oldu. Onun mümkün qədər tezliklə sıraya dönəcəyinə ümid edirik. Futbolçumuzun ən yüksək səviyyədə müalicə olunması üçün əlimizdən gələni edəcəyik”.
Komandanın İsveçrədəki təlim-məşq toplanışını tərk edib Dortmunda qayıdan Halle artıq əməliyyat olunub. O, sosial şəbəkə hesabına bu haqda belə yazıb: “Hamıya salam. Sizə ilk addımın arxada qaldığını xəbər vermək istəyirəm! Mənimlə birgə olan “Borussiya” rəhbərliyinə və klubun tibb işçilərinə təşəkkür etmək istərdim. Mənə qayğısına görə əməliyyat olunduğum xəstəxananın bütün personalına da minnətdarlığımı bildirirəm”.
Hələ ki, Sebastyenin sıraya nə vaxt dönəcəyi haqda məlumat verilmir. Son xəbərlərə görə, “Borussiya” artıq onun yerinə oyunçu axtarışına başlayıb. İtaliyanın “TuttoMercato” portalı Andrea Belotti tezliklə Dortmundda peyda ola bilər. “Torino”nu azad agent kimi tərk edən hücumçunun Almaniya klubu ilə problemsiz anlaşmaq şansı var.
Belə aqibətlə hansı futbolçular üzləşiblər?
“Ayaks”dan 35 milyon avroya alınan Hallenin düşdüyü vəziyyət unikal deyil. Belə ki, Almaniyada son iki ayda daha iki oyunçuda xaya xərçəngi aşkar edilib. Onlar “Union”un müdafiəçisi Timo Baumqartl və “Herta”nın hücumçusu Marko Rixterdi. Hər iki oyunçu şişi götürmə əməliyyatına məruz qalıb. Sevindiricidi ki, onların bərpa prosesi normal keçir və yaşıl meydana mümkün qədər tez qayıtmağa hazırlaşırlar. Dünya futbolunda bu kimi nümunələri də xatırladaq.
* 2013-cü ilin yayında “Sassuolo”ya yenicə qoşulan Françesko Açerbinin xayasında xoşxassəli şiş aşkar edildi. Bu, erkən müəyyən edildiyindən futbolçu əməliyyat olunandan sonra yaşıl meydana qayıtdı. Amma həmin ilin dekabrında xəstəlik yenidən büruzə verdi: bu dəfə müayinələr şişin bədxassəli olduğunu ortaya çıxarmışdı. 5 dəfə kimya-terapiya kursu keçən Françesko 10 aydan sonra yenidən top qovmağa başladı. O vaxtdan xəstəlik bir daha geri qayıtmayıb.
* “Atletik”in müdafiəçisi Yeray Alvares də belə aqibət yaşayıb. Ona xaya xərçəngi diaqnozu ilk dəfə 2016-cı ilin dekabrında qoyuldu. Artıq 46 gündən sonra “Barselona”ya qarşı oyunda əvvəldən axıra qədər meydanda oldu. Lakin 2017-ci ilin yayında aparılan müayinələr həmin orqanda bədxassəli şişi ortaya çıxardı. Alvares də kimya-terapiya kursu keçməli oldu. “Atletik”in oyundaşları ona dəstək əlaməti olaraq başlarını daz qırxdırmışdılar. Yaxşı ki, müalicə bəhrəsini verdi və Yeray yenidən top qovmağa başladı.
* Aryen Robben isə bu xəstəliyə 2004-cü ildə tutulub. Niderland yığmasının və “Çelsi”nin sabiq yarımmüdafiəçisi həyatının həmin dövrünü belə xatırlayır: “Çox qorxmuşdum. Mənim üçün çətin dövr idi. Futbol ikinci plana keçmişdi. Bir neçə gün ərzində böyük həyəcan içində müayinənin nəticəsini gözlədim. Başıma nələrin gələcəyini bilmirdim. Xoşbəxtlikdən, şiş xoşxassəli idi. Müəyyən fasilədən sonra məşqlərə başladım...”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Günün xəbəri

19-07-2022, 03:0

Dünya futbolu şokda! Məşhur hücumçuda xərçəng aşkarlandı

Dünya futbolu

14-07-2022, 17:0

Halle getdi, Berqveyn gəldi

Dünya futbolu

6-07-2022, 22:0

"Borussiya"dan rekord transfer

Ölkə futbolu

24-05-2022, 19:0

“Qəbələ”nin futbolçusu nə vaxt sıraya dönəcək?

Aktual
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
Son xəbərlər
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 131
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 110
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə