Sebastyen Hallenin əməliyyat olunduğunu xəbər vermişdik.
“Borussiya”nın yeni oyunçusu artıq bərpa prosesinə başlamışdı.
Xayasında şiş aşkarlanan 28 yaşlı hücumçunun növbəti müayinəsi üzücü nəticə verib. Şişin bədxassəli olduğu müəyyənləşib. Bu səbəbdən Halle kimya-terapiya kursu keçəcək.
Onun sıraya nə vaxt dönəcəyi haqda hələ də dəqiq məlumat verilmir. Dortmund klubunun idman direktoru Sebastyan Kel futbolçunun bir neçə ay futbolsuz qalacağını bildirib. Son xəbərlərə görə, “Borussiya” artıq Sebastyenin yerinə hücumçu axtarışına başlayıb.