“Dallas”ın oyun qurucusu Luka Donçiç dünən “Nyu-York”la oyunda tarixi rekord müəyyənləşdirdi.
Football-plus.az xəbər verir ki, 23 yaşlı sloveniyalı liqanın tarixində ilk dəfə 60 xal topladı, 21 ribaund etdi və 10 məhsuldar ötürmə verdi.
Cari mövsümdə hər oyunda orta hesabla 32,8 xal toplayan, 8,3 ribaund edən və 8,7 ötürmə verən basketbolçu mövsümün ən yaxşı oyunçusu adına əsas namizəddi.