MBA-da son iki gündə keçirilən oyunlar bəzi rekordlarla əlamətdar olub.
Football-plus.az xəbər verir ki, “Portlend”in oyun qurucusu Demien Lillard xal toplamaqla bağlı yeni klub rekordu müəyyənləşdirib. 32 yaşlı amerikalı indiyə qədər klub tarixinin rekordçusu olan Klayd Dreksleri (18040) arxada qoyub. Bütün karyerasını “Portlend”də keçirən Lillardın hesabında artıq 18048 xal var.
“Nyu-Orlean”ın mərkəz oyunçusu Yonas Valançyunas isə MBA-nın unikal məhsuldarlıq rekordunu təkrarlayıb. Litvalı “Miluoki” ilə oyunda MBA tarixinə bir oyunda 35 xal, 15 ribaund, 5 məhsuldar ötürmə və 7 üçxallıq atış göstəricisi ilə yadda qalan 4-cü basketbolçu kimi düşüb. Ona qədər belə nəticə göstərməyi yalnız Vins Karter, Ceyms Harden və Luka Donçiç bacarmışdı. Valançyunas “Miluoki” ilə oyunda 37 xal toplayıb, 18 ribaund edib, 5 məhsuldar ötürmə verib və 10 üçxallıq atışından 7-si dəqiq olub.
Lillard klub rekordu müəyyənləşdirdi
İdman



