"Kəpəz" məşqlərin ilk hissəsini bitirdi

6.01.2023 20:30 281
Premyer-liqa
Çempionatın ikinci hissəsinə hazırlaşan "Kəpəz" Gəncədəki məşqləri başa vurub.

Ardından futbolçulara bir günlük istirahət verilib. “Sarı-göylər” təlim-məşq toplanışı üçün sabah səhər saatlarında Türkiyəyə gedəcəklər. Kollektiv Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yollanacaq. “Kəpəz” Bələkdə "Limak Atlantis" otelində qalacaq. Komanda burda üç yoxlama oyunu da keçirəcək.