"Kəpəz" üçün 3 rəqib

2.01.2023 13:30 323
Premyer-liqa
Antalyaya yollanacaq "Kəpəz"in təlim-məşq toplanışı zamanı yoxlama oyunları keçirəcəyi rəqiblər müəyyənləşib.

Football-plus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də baş tutacaq ilk görüşdə “sarı-göylər” Macarıstanın "TK Budapeşt" kollektivi ilə üz-üzə gələcəklər.

Bundan iki gün sonra Tərlan Əhmədovun yetirmələri Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaqlar.

Ayın 18-də reallaşacaq son matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.