"Turan Tovuz" Antalyada 3 yoxlama oyunu keçirəcək

23.12.2022 14:49 323
Premyer-liqa
"Turan Tovuz"un qış planları məlum olub.

Football-plus.az xəbər verir ki, mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə komanda yanvarın 3-də Bakıda bir araya gələcək.

4 günlük məşqlərin ardından tovuzlular yanvarın 7-də Antalyaya yollanacaq. Hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-i Manavqat bölgəsindəki “The Sense Deluxe” otelində məskunlaşacaq “Turan Tovuz” ayın 18-dək burada hazırlığını davam etdirəcək.

Baş məşqçi Ayxan Abbasov hazırlıq çərçivəsində 3 yoxlama oyununda komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi məlum deyil.