"Kəpəz"in Bakı toplanışı başa çatdı

22.07.2022 16:52 451
Ölkə futbolu
"Kəpəz"in əsas komandasının Bakı toplanışı başa çatıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun rısmi "fetsbuk" hesabında məlumat verilib.

Gəncə təmsilçisinin kollektivinə iki günlük istirahət verilib. "Sarı-göylər" iyulun 25-də Gəncədə məşqlərə başlayacaq.

Qeyd edək ki, "Kəpəz" Azərbaycan Premyer Liqasının ilk turunda doğma meydanda "Zirə"ni qəbul edəcək.