PSJ ilə Neymar arasında ciddi fikir ayrılığı yaranıb.
Fransa klubu onunla yolları ayırmağı planlaşdırsa da, ulduz futbolçu bu varianta “yox” deyib. “Marka” qəzetinin məlumatına görə, rəhbərlik maaş fondunda qənaət etmək niyyətindədi və buna görə bir neçə oyunçu ilə vidalaşmağı düşünür. Mövsümə təxminən 50 milyon avro maaş alan Neymar satışa çıxarılmağa namizədlərindən biridi. Amma braziliyalı hücumçu rəhbərliyə bu yay klubdan ayrılmaq fikrində olmadığını bildirib.
30 yaşlı oyunçunun PSJ ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdi. Paytaxt komandasında 2017-ci ildən çıxış edən Neymar ötən mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.