PSJ Neymarı bu qiymətə satmaq istəyir

28.04.2022 12:48 747
Dünya futbolu
PSJ braziliyalı hücumçusu Neymarı satmağa hazırdı.

"Football-plus.az" xəbər verir ki, Paris təmsilçisi oyunçuya 90 milyon avro qiymət qoyub.

Neymarın klubla müqaviləsi 2025-ci ilin yayına qədərdi. O, Parisi tərk etmək niyyətində deyil.

Qeyd edək ki, 30 yaşlı futbolçu bu mövsüm 25 oyunda 11 qol vurub, 7 məhsuldar ötürmə edib.