"Kəpəz" mövsümün ikinci yarısının hazırlıqlarını Gəncədə davam etdirir.
Football-plus.az xəbər verir ki, "sarı-göylər"in kapitanı Tural Axundov "Kəpəz TV"yə açıqlama verib. Müdafiəçi gəncəli azarkeşləri yaxşı tanıdığını dilə gətirib:
“Antalyada yaxşı hazırlıq keçib daha güclü çıxış etməliyik. Komandaya yeni futbolçular da qoşulacaq. Mövsümə pis başlamışdıq. İstəməzdik ki, azarkeşlərin önündə pis vəziyyətdə qalaq. Mən gəncəli tərəfdarları yaxşı tanıyıram, onlar sona qədər komandaya dəstək olurlar. Belə də davam etsinlər. Biz də onlar üçün mübarizə aparacağıq”.