"Mançester Yunayted"də yeni qapıçı

5.01.2023 17:16 275
Dünya futbolu
"Mançester Yunayted" heyətini gücləndirib.

Football-plus.az xəbər verir ki, "qırmızı şeytanlar" Cek Batlendi transfer edib. "Manukunyanlar" “Kristal Pelas”ın qapıçısını icarəyə götürüb.

29 yaşlı qolkiper bu gün yeni komandasında tibbi müayinədən keçdikdən sonra mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkəcək.

Oyunçu yayda yenidən “Kristal Pelas”a qayıdacaq.